Qəbələ

 

Qəbələ

 

 

 

1959-cu ildən bu günədək "Çuxur Qəbələ”kəndinin (Qəbələ) ətrafında aparılan qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhəri aşkara çıxarılmışdır. Arxeoloji qazıntılar nəticəsində şəhərin b.e.ə.3-cü minilliyin 2-ci yarısına (Tunc dövrünə)aidliyi aşkar edilmişdir.Qəbələdə şəhər həyatı 1-ci əsrdən 18-ci əsrədək davam etmişdir.Qoz və Şabalıd meşələri ilə zəngin olan Qəbələ şəhərinin ətrafında çoxlu mineral su bulaqları və su çeşmələri var.Dağların ətəyində dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən "Şabalıd meşəsi”rayonun sərvətidir.Bu ağacların hər birinin orta yaşı 500 ildən çoxdur.Qəbələ şəhərində "Qəbələ Konserv Zavodu”,asfalt,dəmir beton,kərpic,fındıq emalı və.s zavodları var.
2011-ci ildə Qəbələdə "Beynəlxalq Hava Limanı” və müasir otellər tikilib.Qəbələdə turizm sektoru yaxşı inkişaf edir.
Qəbələ ilə Bakı arasındakı məsafə 225 kilometr,əhalisi 86300 nəfərdir.Qəbələ Dəmiraparan çayın sağ sahilində yerləşir.Aydın havada bu şəhərdən baxanda Azərbaycanın ən uca zirvəsi Bazardüzü dağını görmək olar.

Qəbələ

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 10 yanvar 2013 21:53
    gozel yerdi

  2. 11 yanvar 2013 19:07
    beli chox gozel yerdi

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.