6 SINIF Azerbaycan tarixi

 

6 SINIF Azerbaycan tarixi

 

 


İNTERAKTİV DƏRS VƏSAİTİ

AZƏRBAYCAN TARİXİ




ÖN SÖZ

Azərbaycan Tarixi fənni üzrə interaktiv dərs vəsaiti şagirdlərə təlim materiallarını elmi-metodik cəhətdən mənimsəməyə kömək məqsədi ilə hazırlanmışdır. 
Azərbaycan Tarixi fənni üzrə interaktiv dərs vəsaitinin hazırlanması zamanı məktəb dərsliklərindən, TQDK-nın Test Bankından, Azərbaycan tarixi üzrə audiovizual tədris vəsaitlərindən istifadə olunmuşdur. Vəsait hazırlanarkən orta məktəb dərsliklərinin tam məzmunu nəzərə alınmış və heç bir ixtisar aparılmamışdır. Vəsait hazırlanarkən, qabaqcıl təcrübə öyrənilərək ümumiləşdirilmş, təcrübədə tətbiq olunan müasir metodika və texnologiyalardan, üsul və vasitələrdən, , xüsusilə testləşdirmədən geniş istifadə edilmişdir. Burada TQDK tərəfindən təsdiq olunmuş proqramda nəzərdə tutulmuş mövzular daha çox diqqət mərkəzində saxlanılmışdı. 
Vəsait didaktik istiqamətdə işlənmişdir. Məktəblilərin tarixi bilik, bacarıq və vərdişlərinin formalaşdırılması bir biri ilə bağlı olan bir neçə mərhələdən ibarətdir. Bu mərhələlərin ən əsası şagirdlərə biliyin mənimsədilməsi prosesidir. Biliyin tam mənimsədilməsi üçün əsas vasitə isə dərslikdir. Dərsliyin didaktik baxımından nə qədər yaxsı və son texnologiyalarla işlənməsi şagirdlərə biliyin mənimsədilməsinə çox kömək edir. Odur ki, şagirdlərdə nəzərdə tutulmuş bilik, bacarıq və vərdişləri formalaşdırmaq üçün öyrənmə üsulları müəyyənləşdirilmiş, materialı didaktik məqsədlərə görə təsnif edilmiş, onların zehni fəallığı və yaradıcılıq qabiliyyətlərinin inkişafına yönəldilmişdir. Bu da düşünülmüş şəkildə şüurlu mənimsəmə və diqqətlə öyrənməyə imkan verir, şagirdlərdə motivasiya yaradır. Hadisələr aydın, təhlil formasında verilmiş, müqayisə oxşarlıq, xüsusiyyətləri, səbəb-nəticə əlaqələri aydın verilmiş, əsas diqqəti faktların təhlilinə, onlar arasında oxşar və fərqli cəhətlərə yönəldilir. Bu da passiv öyrənməni tamamilə aradan qaldırır. Vəsait tarixi terminlər və xronologiya ilə də təchiz olunmuşdur. Bütün qeyd, təklif və rəylərinə görə əvvəlcədən təşəkkür edir və onlar təkrar nəşrlər zamanı nəzərə alınacaq. Təklif və iradlarınızı aşağıdakı ünvanlara göndərə bilərsiniz.
e-mail: [email protected]

AZƏRBAYCAN ƏRAZİSİNDƏ İBTİDAİ İCMA QURULUŞU

Azərbaycan ərazisində ilk insan məskənləri
Dünyanın ən qədim mədəniyyət ocaqlarından biri olan Azərbaycanda qədim dövrdə aşağıdakı bir-çox əlverişli təbii-coğrafi şərait burada ibtidai insanların məskən salmasına şərait yartmışdı:
• Şirin su qaynaqlarının olması
• Bitki və heyvanat aləminin zənginliyi
• Təbii mağaraların olması və.s
Azərbaycanda ilk insan sürüləri (dəstələri) 1,5 milyon il bundan əvvəl meydana gəlmişdir. Azərbaycan ərazisində Daş dövrünün ilk insan məskənləri aşağıdakı abidələr əsasında öyrənilmişdir:
• Qarabağda – Azıx və Tağlar mağaraları
• Kəlbəcərdə - Zar mağarası
• Naxçıvanda – Qazma mağarası
• Qazaxda – Daşsalahlı və Damcılı mağaraları
• Lerikdə - Buzeyir mağarası
QEYD: Dünyada ən qədim və ilk insan tipi olan "Bacarıqlı insan”ların qalıqları ilk dəfə 1931-ci ildə Şərqi Afrikada (Keniya və Tanzaniyada) tapılmışdır. Bu qalıqlara əsasən, alimlər ilk insanların 2-3 milyon il bundan əvvəl yaşadığını müəyyən etmişlər. 

İbtidai icma quruluşunun dövrləşdirilməsi
Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma quruluşu adlanır. İbtidai icma quruluşu özünəməxsus səciyyəvi xüsusiyyətlərə malik olmuşdur. Həmin xüsusiyyətlər bunlardır:
• İbtidai icma quruluşu başqa dövrlərə nisbətən daha uzun müddət davam etmişdi
• İlk insanların yaranması ilə başlamış və uzun inkişaf dövrü keçmişdi
• Ayrı-ayrı ərazilərdə müxtəlif dövrlərə qədər davam etmişdi
• İnkişafı və dağılması bir-çox amillərlə (hər hansı bir ölkənin təbii şəraiti və təbii ehtiyyatları və.s ilə) bağlı olmuşdur
İbtidai icma quruluşu şərti olaraq üç dövrə bölünür:
1. Daş dövrü
2. Tunc dövrü
3. Dəmir dövrü 




Daş dövrü

Daş dövrünün özü də şərti olaraq üç dövrə bölünür: Paleolit dövrü, Mezolit dövrü və Neolit dövrü. Daş dövrünün ən qədim və ilkin mərhələsi Paleolit dövrü adlanır. Paleolit dövrü də şərti olaraq üç mərhələyə bölünür: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit.

Alt Paleolit dövrü
Alt Paleolit dövrü – ən qədim və ilk insan tipi olan "Bacarıqlı insan”ın yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Alt Paleolit dövrünə aiddir:
• Mənimsəmə təsərrüfatı meydana gəlmişdi (İnanların ovçuluq və yığıcılıq vasitəsi ilə təbiətdən hazır məhsulları mənimsəməsi – mənimsəmə təsərrfatı adlanır. İbtidai insanlar ilk vaxtlar əsasən, xırda heyvanları və iri heyvanların balalarını ovlayır, yeməli yabanı bitkiləri və giləmeyvələri yığırdılar)
• Qədim insanların əsas məşğuliyyəti olan yığıcılıq (yemtoplama) və ovçuluq meydana gəlmişdi
• Azərbaycan ərazisində qədim insanlar ilk dəfə oddan istifadə etməyi öyrəndilər. Onların oddan istifadə etməsi çox mühüm hadisə idi. İlk vaxtlar ildırım çaxması və üzvü maddələrin öz-özünə yanması nəticəsində əmələ gəlmiş təbii oddan istifadə edilmiş, sonralar isə insanlar çaxmaqdaşılarını bir-birinə vurmaqla od əldə etməyi öyrənmişdilər
• Çaxmaqdaşı, bazalt və obsidiandan(vulkanik şüşə - dəvəgözü) hazırlanan yeni əmək alətləri meydana gəldi (Alt Paleolit dövrünün sonuna yaxın), onlardan – dişli, ucu oymalı, qaşov tipli alətlər, kəsicilər hazırlanmışdır
• İnsanlar kiçik quruplar olan– ibtidai insan "sürüsü” (ulu icma) halında yaşayırdılar. Ulu icma özünəməxsus xüsusiyyətlə malik idi. Həmin xüsusiyyətlərə aiddir:
a) İlk insan kollektivi olub, icma quruluşunun ilk pilləsində (Alt Paleolitdə) meydana gəlmişdi
b) Kortəbii şəkildə, təbiət hadisələr qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdı
c) Qida əldə etmək və vəhşi heyvanlardan qorunmaq səbəbi ilə yaranmışdı
d) Belə kollektivlər daimi olmayıb, tez-tez dağılır, sonra yenidən yaranırdı
e) Qəbilə icması formalaşanadək (Üst Pleolit dövrünədək) davam etmişdi
Azərbaycanda Alt Paleolit dövrü insanlarının həyat tərzi – Qarabağın Qusarçay vadisində (indiki Füzuli şəhəri yaxınlığında) yerləşən Azıx mağarasında əldə edilən materiallar əsasında öyrənilmişdir. Azıx mağarasına aiddir:
– Mağaranın ən qədim dövrünə aid alt təbəqələrindən ibtidai insanların işlətdikləri adi çay daşlarından hazırlanmış kobud daş alətləri - əl çapacaqları, əsrin-qaşov, siyırğac və.s tapılmışdır
– Mağara sakinləri daş alətlərdən ovlarıqları heyvanı kəsmək , doğramaq işində istifadə etmişlər
– Mağaradan nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri aşkarlanmışdı (Bu sümüklərə əsasən, onların ovladıqları vəhşi heyvanların növləri müəyyənləşdirilmişir)
– Mağaradan 700 min il bundan əvvələ aid ocaq izləri aşkar edilmişdir (Mağara sakinləri ocaqdan əsasən, isinmək, yemək hazırlamaq və vəhşi heyvanlardan qorunmaq üçün istifadə etmişdilər)
– Mağaradan ibtidai insanın alt çənə sümüyü tapılmışdır (1968-ci ildə.) İbtidai insanın alt çənə sümüyü tapılması dünyada ən qədim belə tapıntılardan dördüncüsü olub, həmin fakt Azərbaycanın qədim insanın formalaşdığı əraziərdən biri olduğunu sübut edir
Antropoloqlar Azıx mağarasında yaşayan ibtidai insanı "Azıxantrop” ("Azıx adamı”) adlandırmışlar. Azıx adamının tapılmış çənə sümüyü Azərbaycanın qədim insanın formalaşdığı ərazilərdən biri olduğunu sübut edir. "Azıx adamı”na aiddir:
– Tədricən ətraf mühiti dərk etmiş, ibtidai dini təsəvvürlərə malik olmuşdular
– Azıx mağarasında tikili qalığının tapılması onların tədricən tikinti vərdişlərinə yiyələnməsini göstərir
– Mağara sakinləri sadə incəsənətlə də məşğul olmuşlar 
– Azıx mağarasından tapılmış ayı kəllələrindən bəzilərinin üzərində müəyyən işarələr cızılması – onların totemlərə inamın və dini ayinlərin yaranmasını göstərir


Orta Paleolit dövrü
Orta Paleolit dövrü – 100 min il bundan əvvəldən başlanmış, e.ə 40-cı minilliyə qədər davam etmişdir. Alt Paleolit dövrünə aiddir:
• "Mustye mədəniyyəti” dövrü adlanır (Mustye – Fransada yer adıdır. Orta Paleolit dövrünə aid əmək alətləri ilk dəfə buradan tapılmışdır)
• Azərbaycanda əhali daha geniş əraziyə yayıldı - onlar Cənubi Qafqazın cənub-şərq yamacında, Qarabağ (Tağlar), Qazax (Damcılı,) Naxçıxan (Qazma) bölgələrində məskən saldılar. Arxeoloqlar həmin ərazilərdən Otra Paleolit dövrünə aid zəngin maddi mədəniyyət nümunələri tapmışlar
• Əhali – Qafqaz maralı, mağara ayısı, boz ayı, dağ keçisi, vəhşi at və.s ovlamaqla yanaşı, həmçinin yığıcılıqla (yemtoplamaqla) məşğul olurdu
• Yeni insan tipi adlanan - "Neandertal adam” meydana gəldi (Neandertal - Almaniyada yer adıdır. Buradan ibtidai insanın kəllə sümüyü tapılmışdır)
• Dini təsəvvürlər inkişaf etdi, axirət dünyasına inam yarandı
• Təbiət qüvvələrinə, ovsun, totemlərə inamla bağlı dini təsəvvürlər genişləndi
• "Ulu icma” yavaş yavaş sıradan çıxdı və "qəbilə icması” yaranmağa başladı 



Üst Paleolit dövrü
Üst Paleolit dövrü – 40 min il bundan əvvəl başlanmış, e.ə 12-ci minilliyə qədər davam etmişdir. Üst Paleolit dövrünə aiddir:
• İqlim mülayimləşdi, bitki və heyvanat aləmində, habelə ictimai həyatda xeyli dəyişikliklər baş verdi (Belə ki, 100 min il əvvəl başlayan soyuqlaşmanı e.ə.13-cü minillikdə istiləşmə əvəz etdi)
• İnsanlar mağaralarda yaşayır və özlərini təbii təhlükələrdən qorumağa çalışırdılar
• Bu dövrün maddi qalıqlarına daha çox Qarabağ və Qazax bölgələrində rast gəlinir
• Bir sıra heyvanların, xüsusilə nəhəng maralın və mağara ayısının kökü kəsilmişdi
• İnsanlar ən çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və.s ovlayırdılar
• İnsanların istifadə etdikləri – qaşovlar, biz, gəzli və üçbucaq əmək alətləri geniş yayıldı
• Müasir insan tipi olan "Ağıllı insan”ın (Homo Sapiyensin) yaranması prosesi başa çatdı
• İnsan fiziki- əqli inkişafın yüksək mərhələsinə çatdı, nitq və təfəkkür inkişaf etdi
• Əmək fəaliyyətinin artması, şüurun inkişafı səsli nitqin inkişafına səbəb oldu, kinetik dil sıradan çıxdı 
• Qadınların cəmiyyətdə rolu xeyli artdı - anaxaqanlıq meydana gəldi
• Ulu icmanı qəbilə icması əvəz etdi
Qəbilə icması da özünəməxsus xüsusiyyətlərə malik idi:
a) Qəbilənin əsasını qan qohumu olan insanların birliyi təşkil edirdi
b) Qəbilə icması nəsli qəbilə quruluşu adlanırdı
c) Nəsli qəbilə dövründə insanlar ana xətti ilə qohumluq əsasında birləşirdilər
d) Qəbilənin həyatında qadınlar mühüm rol oynayırdı
Nəsli qəbilə icması anaxaqanlığı (matriarxat) adlanır. Bunun belə adlandırılmasının səbəbi qadınların əsas işləri görməsi idi. Anaxaqanlığı dövründə qəbilənin həyatında qadınların mühüm rol oynadığını aşağıdakı amillər sübut edir:
a) Qadınların uşaqların qayğısına qalması
b) Qadınların giləmeyvə və bitkiləri toplaması
c) Qadınların odu qoruyub saxlaması 
d) Qadınların yemək hazırlaması və.s.


"Bacarıqlı insan” (Alt Paleolit) Neandertal Adan (Orta Paleolit) "Ağıllı insan” (Üst Paleolit)


İnsan tipləri

Mezolit (Orta Daş) dövrü
Mezolit (Orta Daş) dövrü – e.ə XII milillikdən - e.ə VIII minilliyə qədər davam etmişdir.
Mezolit dövrünə aiddir:
• Yaşayış üçün daha əlverişli şərait yarandı
• İnsanlar qəbilələr halında birləşdilər
• İnsanların əsas məşğuliyyəti əsasən yığıcılıq, ovçuluq və balıqçılıq idi
• Əsas əmək alətləri daş, dəvəgözü və sümükdən hazırlanırdı
• İnsanlar sümükdən biz, ox ucu habelə balıqçılıqda istifadə edilən alətlər düzəldirdilər
• Mikrolit (kiçik daş alətlər) əmək alətləri meydana gəldi
• Ox və kaman ixtira edildi
Ox və kamanın ixtira edilməsi nəticəsində:
a) İnsanlar heyvanları daha uzaq məsafələrdən ovlaya bildilər
b) Qida ehtiyyatları xeyli artdı, heyvanların əhilləşdirilməsinə başlanıldı
• İbtidai maldarlığın əsası qoyuldu (İnsanlar ovladıqları heyvanlarım balalarını qida ehtiyyatı kimi saxlayırdılar. Bu isə ibtidai maldarlığın meydana gəlməsinə şərait yaratmışdı)
• İlk əkinçilik vərdişlərinin meydana gəlməsi üçün şərait yarandı - İbtidai əkinçiliyin əsası qoyuldu (İnsanlar toplanmış yabanı bitki toxumlarının bir hissəsini ehtiyyat üçün saxlayırdılar. Bu isə ibtidai əkinçiliyin meydana gəlməsinə şərait yaratmışdı)
• İbtidai maldarlığın və əkinçiliyin əsasının qoyulması ilə - mənimsəmə təsərrüfatından – istehsal təsərrüfatına keçidin əsası qoyuldu (Əvvəllər təbiətdən hazır məhsullardan istifadə edən insanlar indi onları bilavasitə istehsal etməyə başladılar. Yəni Mezolit dövründə istehsal əsas təsərrüfat sahəsinə çevrildi) İstehsal təsərrüfatına keçid Mezolit dövründə başladı və Neolit dövründə sona çatdı
• Toxa əkinçiliyi meydana gəldi (insanlar torpağı daş və sümükdən olan ucu şiş alətlə şumlayırdılar)
• İbtidai incəsənət xeyli inkişaf etdi (Qobustan qayaüstü təsvirləri Mezolit dövründə ibtidai incəsənətin inkişaf etməsini sübut edir)
• Axirət dünyasına inam artdı, dəfn zamanı ölülərin yanına məişət əşyaları qoyulmağa başlanıldı
Azərbaycanda Mezolit dövrü əhalisinin yaşayışı və məşğuliyyəti e.ə 12 minilliyə aid Qobustanda - Firuz və Qazaxda – Damcılı mağaraları əsasənda öyrənilmişdir. Qobustanda yaşamış ibtidai insanlara aiddir:
• Onlar ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmuşdu
• Çaxmaqdaşı və sümükdən hazırlanmış əmək alətlərindən istifadə edilirdi
• Çox kiçik ölçülü – mikrolit, hənəsi, gəzli, üçkünc, kəsici və.s alətlərdən istifadə edilirdi
• Axirət dünyasına inanmış, ölüləri əfin edərkən qəbirlərə əşya qoymuşdular
• Qobustan qayalarında bu dövr insanlarının çəkdiyi rəsmlər ibtidai incəsənətin xeyli inkişaf etdiyini göstərir.
Qobustanın bu dövr sakinlərinin qayaüstü rəsimlərində əsasən aşağıdakı mövzular əks olunmuşdur: a) ovsun-totem inamları, b) qadın və heyvan səhnləri, c) dini ayinlər, d) ov səhnələri.
Qobustan düşərgəsindən başqa, Qazaxda – Damcılı mağarası da Azərbaycanın mezolit dövrünə aid yaşayış məskənləri aşkar olunmuş, buradan da mezolit dövrünə aid kiçik ölçülü ox ucları, cilalanmış daş lövhələr tapılmışdır.
QEYD: Əmək alətlərinin daşdan hazırlanması Paleolit və Mezolit dövrünə aid ümumi cəhətdir..

Mezolit dövründə əmək alətlərinin hazırlandığı materiallar

Azərbaycanın mezolit dövrünə aid yaşayış məskənləri

Neolit dövrü
Neolit (Yeni Daş) dövrü – e.ə VII minilliyi əhatə edir. Bu dövr ibtidai icma quruluşunun ən az davam etmiş dövrü kimi xarakterizə olunur. Neolit dövrünə aiddir:
• İstehsal təsərrüfatı meydana gəldi və formalaşdı (Yəni insanlar təbiətin asılılığınan azad olaraq özlərinə lazım olan məhsulların istehsalına başladılar)
• İnsanların məşğuliyyət sahələri içərisində maldarlıq və əkinçilik əsas yer tutmağa başladı
• İstehsal təsərrüfatına keçilməsi ilə oturaq həyata keçildi
• Əhali əkinçilik və maldarlıqla yanaşı, ovçuluq və balıqçılıqla məşğul olmağa başladı
• Əmək alətləri əsasən çaxmaqdaşıdan və obsidiandan (vulkanin şüşə - dəvəgözündən) hazırlanırdı
• Daş toxalar, oraq, çəkic, balta və bıçaqvari lövhələrdən ibarət əmək alətlərindən istifadə edilirdi
• Bu dövrün yaşayış məskənləri Təbriz yaxınlığında, Gəncə, Qazax və Qobustanda tədqiq edilmişir
• Bu dövrdə insanlar ilk dəfə saxsı qalar hazırladı, toxuculuqla məşğul olmağa başladı, daş alətləri cilalamağı və deşməyi öyrəndilər. Bu yeniliklər bəşər tarixində Neolit inqilabı adlanır. 


Daş dövründən Tunc dövrünə keçid - Enolit dövrü
Eneolt (Mis Daş) dövrü – e.ə VI-IV minillikləri əhatə edir. Enolit dövrü - Daş dövründən Tunc dövrünə keçid dövrü hüsab olunur. Eneolit dövrünə aiddir:
• İnsanlar ilk dəfə metalla tanış oldu (Bu metal mis olub, ondan əmək alətləri hazırlanırdı)
• Metaldan istifadə geniş yayılsada daş alətlər yenə də təsərrüfat və məişətdə üstün yer tuturdu
• Əhali artdı və daha geniş ərazilərdə məskunlaşdı 
• Yaşayış məskələri çay kənarında, əkinçilik və maldarlıq üçün əlverişli yerlərdə salınırdı
• Yaşayış binaları və təsərrüfat tikililəri çiy kərpicdən və möhrədən dairəvi planda inşa olundu
• Evləri qızdırmaq və yemək hazırlamaq üçün evin ortasında və ya divarında ocaq qurulurdu. Belə evlərdə qoşa nigaha əsaslanan ailələr yaşayırdılar (İcma torpağında birgə çalışan bu ailələr ümumi məhsul bölgüsündən aldıqları pay hesabına dolanırdılar)
• Əhali əkinçilik, maldarlıq, balıqçılıqla yanaşı, dulusçuluq, daşişləmə, sümükişləmə toxuculuq və.s peşələrlə məşğul olurdu
• Torpaq toxa ilə yumşaldıldığından, bu dövr əkinçiliyi "toxa əkinçiliyi” adlanır
• Taxıl daş lövhələrdən hazırlanan oraqla biçilir və taxıl ehtiyyatları iri saxsı qablarda saxlanılırdı
• Maldarlıq təsərrüfatı xeyli inkişaf etdi
• Bizə məlum olan bütün ev heyvanlarının hamısı əhilləşdirildi
• Azərbaycanda ilk dəfə atın əhilləşdirilməsinə başlanıldı (Cəlilabad rayonunda – Əliköməktəpə yaşayış yerindən e.ə V minilliyə aid tapılmış əhilləşdirilmiş at sümükləri bunu sübut edir)
• Ovçuluq və balıqçılıq getdikcə əhalinin ikinci dərəcəli məşğuliyyət sahəsinə çevirildi
• Sənətkarlıq əhalinin məşğuliyyətində əsas yer tutdu
• İctimai həyatda ana hüququ, qadınların mövqeyi qalmaqda davam etdi (Bunu Eneolit dövrünə aid düşərgələrdən tapılmış qadın heykəlləri də sübut edir)
• Cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayırdı
• Dəfn adətlərində də dəyişikliklər baş verdi - ölülər yaşayış məskənində, binaların arasında və evlərin içərisində dəfn olunur, onların üzərində qan rəmzi sayılan qırmızı boya – orxa səpilirdi
• Bu dövrün yaşayış məskənləri Gəncə-Qazax, Mil-Qarabağ, Muğan, Maxçıvan bölgələrində, Urmiya gölü ətrafında və Təbriz yaxınlığında tədqiq edilmişdir. (Qobustan və Əliköməktəpə Eneolit abidələridir)
• Əhalinin həyatında müxtəlif dini ayinlər, ovsun mərasimləri müəyyən yer tutmuşdu (Bunu Qobustandakı ovsun və dini mərasimləri əks etdirən qayaüstü rəsmlər də təsdiq edir)
QEYD: Eneolit dövrünün son mərhələsində (e.ə IV minilliyin birinci yarısında) mealişləmənin inkişafının yeni dövrü başladı və tunc dövrünə keçidin əsası qoyuldu



Tunc və Erkən dəmir dövrləri

Tuncun əldə edilməsi 
Eneolit dövründə kəşf olunan misdən hazırlanan ələtlər davamsız və tez xarab olduğundan onun davamlılığını artırmaq məqsədilə misin tərkibinə - mərgümüş, sürmə, nikel və qalay qarışdırılaraq tunc adlı yeni metal alındı. Beləliklə, əmək alətlərinin, silahların, məişət və bəzək əşyalarının çoxu tuncdan hazırlandığından bu dövr Tunc dövrü adlanır. E.ə IV minilliyin II yarısında Eneolit dövrü Tunc dövrü ilə əvəz olundu. Azərbaycanda Tunc dövrü e.ə II minilliyə qədər davam etmişdir. Tunc dövrü ibtidai icma quruluşunun inkişaf tarixində çox mühüm yer tutur. Çünki Tunc dövründə:
• Ağır zəhmət tələb edən kişi əməyi ön plana keçdi
• Anaxqanlığı ataxaqanlığı ilə əvəz olundu
• Əmlak və sosial bərabərsizlik meydana gəldi
• Böyük tayfa və tayfa birləşmləri yarandı
Tunc dövrününün özü də şərti olaraq üç dövrə bölünür: Erkən Tunc dövrü, Orta Tunc dövrü və Son Tunc dövrü.

Erkən Tunc dövrü
Erkən Tunc dövrü – e.ə IV minilliyin II yarsından e.ə III minilliyin sonuna qədər davam etmişdir. Bu dövr Azərbaycanda Kür-Araz mədəniyyəti kimi səciyyələnir. Azərbaycanda Erkən Tunc dövrü insanlarının həyatı Qarabağda, Naxçıvanda, Xaçmazda, Qazaxda, Şəmkirdə, Qobustanda, Urmiya ərazisində və.b böldələrdə tapılmış zəngin materiallar əsasında öyrənilmişdir. Erkəm Tunc dövründə Azərbaycanda:
• Əhalinin sayı artdı, onlar dağətəyi və dağlıq zonalarda məskən saldılar
• Yaşayış məskənləri çay kənarlarında və düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə salınırdı
• Yaşayış evləri dairəvi planda olur, bünövrəsi daşdan, divarları çiy kərpicdən tikilirdi
• Təsərrüfatda kişilərin rolu atrmağa başladı
• Birinci ictimai əmək bölgüsünün nəticəsində - əkinçilik maldarlıqdan ayrılaraq müstəqil peşəyə çevrildi
• Əkinçilik sahəsində bir çox dəyişikliklər baş verdi: toxa əkinçiliyi məhsuldarlığı xeyli yüksəldən xış əkinçiliyi ilə əvəz olundu, əkin sahələri genişləndi, süni suvarma yarandı
• Atdan istifadə və davarların sayının artması nəticəsində maldarlığın yeni sahəsi – köçmə (yaylaq) maldarlığı meydana gəldi
• Əhali sənətkarlığın dulusçuluq, metalişləmə, toxuculuq və.s sahələri ilə məşğul olmuş, dulusçuluq daha çox inkişaf etmiş, hazırlanan saxsı qab nümunələrinin forma və bədii tərtibatına xüsusi diqqət verilmiş, qoyunçuluğun inkişafı toxuculuğu genişləndirmişdir
• Dəfn adətində bir çox dəyişikliklər baş verdi – ölülər yaşayış məskənindən kənarda dəfn edilir, bəzi qəbirlərin üzərində kurqanlar (torpaq təpələr) qurulur, ölüyandırma və kollektiv dəfnetmə adəti meydana gəldi, dini ayinlərin icrası üçün ibadətgahlar tikildi (Xaçmaz rayonunda Sərkərtəpə, Qazax rayonunda Babadərviş və Naxçıvan yaxınlığında I Kültəpə yaşayış yerlərində belə mehrabı olan ibadət evləri aşkar edilmişdir).

Erkən Tunc dövründə dairəvi planda ibadət evləri aşkar edilmiş düşərgələr


Erkən Tunc dövründə cəmiyyətdə baş verən dəyişikliklər

Orta Tunc dövrü
Orta Tunc dövrü – e.ə III minilliyin sonları və e.ə II minilliyin əvvəllərində başlamış – II minilliyin ortalarına qədər davam etmişdir. Orta Tunc dövründə:
• Sosial və əmlak bərabərsizliyi artdı, tayfalararası əlaqələr genişləndi
• Kənd tipli yaşayış məskənləri ilə yanaşı iri yaşayış məskənləri - ilkin şəhər mərkəzləri yarandı 
• Naxçıvan və Urmiya bölgəsindəki bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər mərkəzləri səviyyəsinə qədər yüksəldi
• Naxçıvanda II Kültəpə, Oğlanqala, Urmiya sahilində Göytəpə, Qarabağda Üzərliktəpə düşərgələrində ilkin şəhər tipli yaşayış məskənləri aşkar edilmişdi
• Qədim Naxçıvan şəhəri yarandı (e.ə 3500 il bundan əvvəl)
• Bağçılıq və bostançılıq kimi yeni təsərrüfat sahələri, üzümçülük və şərabçılıq meydana gəldi
• Maldarlığın inkişafı tayfalararası ticarətin artmasına şərait yaratdı, mübadilə yarandı
• İkinci ictimai əmək bölgüsü nəticəsində sənətkarlıq başqa istehsal sahələrindən (maldarlıq və əkinçilikdən) ayrılaraq müstəqil sahəyə çevrildi (Bu dövrdə sənətkarlığın müstəqil sahəyə çevrildiyini Naxçıvan yaxınlığındakı II Kültəpədən tapılmış dulusçuluq məhəlləsi və dulus sobaları da təsdiq edir)
• Dulusçuluqda müəyyən dəyişikliklər baş verdi – dulusçular davamlı və rəngli – boyalı saxsı qablar hazırlamağa başladılar (Ona görə də bu dövrdə Azərbaycan Yaxın Şərqdə Boyalı qablar mədəniyyəti ilə tanınırdı)
• Metalişləmə sahəsində xeyli yeniliklər və irəlləyişlər baş verdi – sənətkarlar əridilmiş metalı xüsusi qəliblərə tökərək müxtəlif əmək alətləri, silah, bəzək əşyaları hazırlamağa başladılar
• Metaldan geniş istifadə olunsada, daşişləmə sənəti müəyyən qədər öz mövqeyini saxlaya bildi (bunu sənətkarların dəvəgözü və çaxmaqdaşından oraq və baltalar düzəltməyi sübut edir)
• Ovçuluq və balıqçılıq köməkçi məşğuliyyət sahələrinə çevirildi
• Qəbilə və tayfalar böyük tayfa ittifaqlarında birləşdi, soykökü etibarı ilə bir-birinə yaxın olan kiçik tayfalar varlı və güclü tayfaların ətrafında birləşməyə başladılar
• Tayfanın varlı üzvləri və tayfa başçıları icmaya məxsus əmlakın çox hissəsini mənimsəməyə, ölərkən isə zəngin ev əşyaları və silahları ilə birlikdə dəfn olunmağa başlanıldı (yoxsul tayfa üzvlərinin qəbirlərinə isə az miqdarda avadanlıq qoyulurdu)

Son Tunc və Erkən Dəmir dövrü 
Son Tunc dövrü e.ə XIV –XII əsrləri əhatə edir. Son Tunc dövründə cəmiyyətin həyatında yaranmış mühüm yeniliklər e.ə XI – VIII əsrləri əhatə edən Erkən Dəmir dövründə daha güclü şəkildə inkişaf etdi. Buna görə də Azərbaycanda Son Tunc və Erkən Dəmir dövrü bir yerdə öyrənilmişdir. Tunca nisbətən daha möhkəm keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan əmək alətləri və silahlar yeni yüksəlişə səbəb oldu. Son Tunc və Erkən Dəmir dövründə: Müdafiə tikililəri hesab olunan siklopik qalalar meydana gəldi
• Daha davamlı yaşayış və təsərrüfat binaları tikilir, binaların bünövrəsi çaydaşıları və ya qaya parçalarından qoyulur, divarları isə çiy kərpicdən hörülür, düşmən hücumundan qorunmaq üçün yaşayış məskənlərinin ətrafına qalın müdafiə divarları çəkilirdi
• Atdan minik və qoşqu vasitəsi, dəvədən minik vasitəsi və yük daşınmasında geniş istifadə edildi, at insanların həyatında böyük rol oynadığı üçün ata sitayiş ayini meydana gəldi
• Əkinçilikdə buğda, arpa, darı və.s bitkilərin bir neçə növü becərilir, taxıl tunc və dəmir oraqlarla biçilir, dən daşları ilə üyüdülür, iri küplərdə və quyularda saxlanılırdı
• Süni suvarma sayəsində bağçılıq, bostançılıq, üzümçülük və şərabçılıq daha da inkişaf etdi
• Dlusçuluq xüsusi yer tutdu, saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından geniş istifadə olunmağa başlanıldı
• Ü




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 1 noyabr 2012 10:41
    mekteb dovru en yahsi bildiyim movzulardan biri idi love

  2. 1 noyabr 2012 16:31
    Tarixin baslancigi budur melumat cox gozeldir

  3. 1 noyabr 2012 16:47
    sagirdlerin isi asanlasir.bele olsa tenbel olarlar axi

  4. 1 noyabr 2012 20:07
    Her cur serait var birce oxumga heves lazim

  5. 1 noyabr 2012 20:39
    Cox saqolun maraqli idi ama bunlari mende bilirdim tekrarlamaqa komek olduqunuz ucun cox saqolun

  6. 2 noyabr 2012 17:18
    Xeyale.M
    indi heckim oxumaq isdemir fikirlewilerki neye lazimdi dipolomum evde toz basin tehsile serf elediyim vaxti iwleyib Aileme komek eliyeremde bow bowuna vaxt itirirem Azerbaycanda her weyi pul hel edir.Savad 2 plandadi.bir tehsilin naziri misir merdanovdu o tehsilin ne inkwafi olacaq,Azerbaycanin diplomu hec bir olkede qebul olunmur bu fakti

  7. 2 noyabr 2012 21:13
    QORXMAZ bey men de sizinle tamamile raziyam.Bu il hevesden ele saldilar ki 5 illik planlarim puc oldu

  8. 3 noyabr 2012 18:20
    like!tarix85,

  9. 3 noyabr 2012 21:46
    tekrarlamaq xow oldu TWK

  10. 6 noyabr 2012 11:09
    cox sagolun.shagirdlerin menimseye bilmesi uchun ela materialdir

  11. 6 noyabr 2012 19:16
    Hamsini bilirem ancaq nece deyerler tekrar biliyin anasidir.

  12. 7 noyabr 2012 20:46
    Teshekkurler..

  13. 7 noyabr 2012 21:09
    melumata gore cox sag olun men melumat elve edende xeber elve et duymesine basiram yazini yazdiqdan sonra menim xeberim sayta daxil olmur men nece eleye bilerem ki melumetlar daxil olsun?

  14. 8 noyabr 2012 20:28
    mendede eledi deyesen ozleri edibler ele.

  15. 24 noyabr 2012 22:00
    cox sagolun tekrar ucun yaxsi vasitedir

  16. 24 noyabr 2012 22:09
    cox sagolun boyuk eziyyet cekmisiniz..tesekkurler. ALLAH razi olsun

  17. 25 noyabr 2012 11:55
    cox sagolun mende hazirliqda ele 6ci sinifi kecirem...

  18. 1 aprel 2013 12:26
    cox sag olun. co yardimci olur.sexsen menim kitablarim yoxdur.hazirligada getmirem. ele burdan oxuyuram.

  19. 21 iyul 2013 10:03
    Bunun davami yoxdu ele son tunc dovurune kimidi???

  20. 14 sentyabr 2013 20:45
    melumata gore sagolun.

    --------------------

  21. 14 sentyabr 2013 21:06
    melumatlari oxudum tewekkurler

    --------------------

  22. 13 oktyabr 2013 21:48
    seyidxanim cox yaxsidirrrrrr wink

  23. 3 noyabr 2013 14:49
    meleumatlari oxudum n

  24. 11 dekabr 2013 11:23
    nece yasin var

  25. 21 yanvar 2014 10:27
    heqiqeten cox gozeldi twk

  26. 21 yanvar 2014 16:30
    tewekkurler

  27. 11 fevral 2014 22:14
    eeeeeeeeellllllllllllllllllllllllllaaaaaaaaaaaaaa twk
    lol wink winked smile laughing tongue bully am smile winked wink

  28. 12 fevral 2014 20:51
    cox sagolun melumata gore,maraqli idi..

    --------------------

  29. 19 may 2015 15:53
    COX SAQOLUN
    MELUMAT COX MARAQLI IDI
    love love love love love love

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.