Müsəlman alimləri

Müsəlman alimləri

Sənətkarlıq və ticarətin inkişafı ərəblərdə riyaziyyata, coğrafiyyaya və astronomiyanın inkişafına səbəb oldu. Ərəblər hind rəqəmlərindən istifadə etdilər. Xarəzmi ərəb dilində hesaba aid ilk əsər yazmaqla cəbr elminin əsasını qoydu. Onluq kəsirdən ilk dəfə ərəblər istifadə edib.

 

 

Ərəb coğrafiyyaçıları İspaniyadan Hind çayının mənsəbinə kimi ölkələrin təsvirin vermişlər. Ərəblərdə dənizçilik inkişaf etmişdir. Ərəb dənizçiləri quruda dənizdə açdıqları yollar avropalılara sonralar bəlli olmuşlar. Xilafətdə coğrafiya alimlərindən biri fars əsilli ibn Xordadbeh olmuşdur.Poçt rəisi işləyən alim «Yollar məmləkətlər haqqında kitab» yazmış , Bağdaddan keçən ticarət yolları v əvə bu yolda yerləşən məntəqələr ( o , cümlədən Azərbaycan) haqqında məlumat vermişdir. Digər coğrafiyyaçı Yəqubi «Ölkələr haqqında kitab» «Tarix» əsərlərində   səyahət etdiyi , o, cümlədən Azərbaycan haqqında yazmışdır.

Astronomiya elmi sahəsində ərəblərdə rəsədxanalar fəaliyyət göstərirdi. Mərkəzi Asiya alimlərinin çalışdıqları bu rəsədxanalarda Yerin təxmini ölçüsünü müəyyən edə bilmişlər.

Xilafətdə kimya sahəsində alimlər naşatır spirti, spirt, potaş maddələrini kəşf etmişlər. Kimyəvi maddələrdən dərmanlar hazırlayırdılar. Ən məhşur təbib İbn Sina idi. Onun 100-dən çox əsəri vardı. Onu «elmin şeyxi» , «elmin başçısı» adlandırdılar.

Tarix elmi sahəsində ərəb işğallarına həsr edilən ilk əsəri əl-Bəlazuri  «Ölkələrin fəthi» kitabında (VII-VIII əsrlər) yazmışdı. Xilafətin 200 illik tarixini Ət-Təbari yazmışdı. Yəmənli Həmadani tarix ensiklopediyasını yaratmışdır.

Səyyahların olduqları ölkələr haqqında ən məhşur hekayə «Suleyman tacirin səyahəti» dir. Ticarət məqsədi ilə Suleyman tacir, dəniz yolu ilə IX əsrdə Bəsrədən ( Siraf şəhəriÇinə qədər getmişdir. Sonralar onun hekayəsi əsasında «Sindibad səyahətləri» meydana gəlsmişdir.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 dekabr 2012 20:54
    menden basqa buna rey yazan yoxdu muselman alimleri oldugu ucun bu alimleri cox sevmek lazimdir menim kimi

  2. 9 dekabr 2012 12:50
    duz deyirsen ayselllll ancaq sebr etmek lazimdir gordun men geldim

  3. 13 fevral 2013 16:23
    cox sevindim geldiyine

  4. 24 sentyabr 2015 23:54
    Müsəlman alimləri bütün dünyaya öz kəşfləri ilə böyük töhfələr vermişdir. Kamilləşən şərq təkmilləşən qərb.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.