Dərbənd qalası

[/b]

[b]Dərbənd qalası

Böyük Qafqazın şərq ətəklərində yerləşən, Xəzərin qərb sahilində  qərar tutan Dərbənd qalası son dərəcə əlverişli təbii-coğrafi şəraitə, iqtisadi və strateji mövqeyə malikdir. Onun əhəmiyyətini da daha artıran isə Qafqaz dağları ilə Xəzər dənizi arasında bir  keçiddə yerləşməsidir. Bu keçidə Dərbənd keçidi də deyilirdi.  Ulu babalarımızın «Dəmir qapı» adlandırdığı Dərbənd əsrlər boyu yurdumuzun  iç qalası kimi şöhrətlənmişdir. Bu qalanın şöhrəti o qədər böyük olmuşdur ki, onun sədası əsrlərin dərinliklərindən  gəlmiş, müxtəlif mənbələrdə  onun adı müxtəlif cür səslənmişdir. Qədim yunan və Roma mənbələri  onu  «Kaspi qapıları» və «Alban qapıları», alban və gürcü mənbələri «Çola qapısı», «Hun keçidi», «Dəniz qapıları», ərəb mənbələri isə «Bab əl-əbvab», yəni «qapılar-qapısı» adlandırmışlar.

 

            Qədim Dərbənd qalası  və Dərbənd keçidi boyunca olan torpaqlarda yaşamış ulu babalarımız bu keçidi daim öz əllərində saxlamış, möhkəmləndirmişdir. Bu keçidin ticarət-iqtisadi əhəmiyyəti ilə yanaşı, çox böyük hərbi əhəmiyyəti də vardı. Şimaldan Azərbaycana və başqa cənub ölkələrinə hücum edən tayfalar həmişə bu keçiddən istifadə etmişlər. Onların hücumlarının qarşısını almaq üçün yerli  hakimlər keçid boyu gözətçi məntəqələri və başqa müdafiə qurğuları tikdirmişdilər.

            Dərbəndi müdafiə kompleksi əsasən şimal və cənub darvazalarından, Dağbarı və möhtəşəm qaladan ibarətdir. Təxminən eyni dövrün məhsulu olan bu bütövlük heyrət doğuracaq qədər  də əzəmətlidir.  Narınqala adlanan hissə yüksəklikdə qərar tutaraq daha əzəmətli, daha cazibədar görkəmə malikdir. Qalanın  divarlarının qalınlığı 3,5 metr, hündürlüyü 20-25 metrə qədərdir.

            Dərbəndin tarixi çox qədimlərə gedib çıxır. Aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, 5000 il bundan əvvəl Dərbəndin ərazisində əsasən oturaq həyat tərzi keçirən əhali yaşamışdır. Onun heyrət doğuran möhtəşəm sədlərinin tikintisi isə VI əsrdə başa çatdırılıb. Qala Sasanilər  zamanında artıq böyüklüyü ilə çox tanınmış şəhərləri arxada qoyurmuş.

Dərbənd qalası

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 dekabr 2011 13:35
    Tessekurler ki, Derbend qalasi haqqinda boyuk melumat verdiyinuz Bunun ucun cox sag olun.

  2. 8 aprel 2012 15:57
    cox sag olun

  3. 3 noyabr 2012 12:58
    cox sagolun!

  4. 9 noyabr 2012 10:30
    Cox sag olun

  5. 28 noyabr 2012 22:23
    ela super!!!!!![/color wink ]

  6. 28 noyabr 2012 22:27
    cox maraqlidir sagolun
    smile winked

  7. 12 mart 2013 19:47
    Bilmediyim melumatlar idi. Bu gozel melumatlara gore tesekkurler . fellow

  8. 20 mart 2013 11:44
    ALLAH BUNU YAZANI UZUN OMURLU ELESIN smile

  9. 19 aprel 2013 21:39
    Derbend qalasi haqqindaki melumatiniz cox maraqlidir.tesekkur edirem. fellow winked smile

  10. 20 aprel 2013 13:19
    konul-etibarqizi yazdigin metni ya oz dilinde yazarsin,yada kirilce.Bu ne simdi?azeri harfleriyle kirilcemi?

    ama hakikaten guzel makale.ben bunlarin cogunu bilmiyordum...

  11. 15 iyul 2013 11:46
    Cooooooooooox maraqlidir love

  12. 19 avqust 2014 15:38
    gözəl yerdişadam oz gözuyle gedib gormey isdiyer lap.

    --------------------

  13. 31 yanvar 2015 15:15
    AZERBAYCANIN ...DEMIR QAPISI.............. DERBEND

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.