Qaval daşı haqqında nə bilirik?

Qaval daşı haqqında nə bilirik?

 

 

Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Qobustanda Cingirdağın ətəklərində on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə yanaşı, "Qaval daşı” adlanan böyük bir qaya parçası da var.

Bu qayanı əl, ayaq və yaxud hər hansı bir cisimlə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunduğundan bu günümüzə "Qaval daşı” adı ilə gəlib çatıb. Qaval daşı bu gün də zərb alətlərinə xas olan keyfiyyətlərini saxlamaqdadır.

Tarixçi-tədqiqatçı Şakir Qabıssanlının sözlərinə görə, dünyada ilk musiqi sədaları 10 min il bundan əvvəl qaval daşı ("qəbail” – "qəbilə daşı” deməkdir) ətrafında "Yallı” ilə başlayıb: "”Yallı” dediyimiz "yahu”, "yahu”, "yahu” – yəni ya Allah, ay Allah, aman Allah nidaları ilə əllər yuxarı qalxmaqla ilk sədalar ucalıb”

Tədqiqatçı bildirir ki, dünyada ilk musiqi aləti qaval daşı olub: "İlk musiqi aləti qaval daşı olub. Bu da bütün dünyaya sübut edir ki, ilk musiqi dünyasının beşiyi Azərbaycandır. Bu günə kimi 34 qaval daşı kəşf etmişəm. Lakin bu daşların ecazkar sirlərinin açıqlanmasına şərait yaradılmır”.






Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 may 2012 13:22
    tesekkur bu deyeli melumat ucun maraqlidi

  2. 24 may 2012 13:25
    Cox teshekkur edirem Mutezir gozel ve deyerli bir melumatlardir bunlar Avroviziyadaki goruntulerden sonra bizim saytda bunlarin verilmesi ise bir daha medeniyyetimizin shiqlandirilnasinda tarix info saytinin da muhum yer olmasina eyani subutdur

  3. 26 may 2012 09:48
    cox sagolun cox wad oldum ki beyendiniz smile

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.