Tarixdə "30 dekabr"

30 dekabr 

1904 - Bakıda fəhlələrin ümumi tətili neft sənayeçiləri ilə fəhlələr arasında "müştərək müqavilə"nin imzalanması ilə nəticələnib. Bakıda fəhlə hərəkatının bu uğuru sol təmayüllü (bolşevik) təbliğatın tədricən özünə yer etdiyini göstərirdi.

Tarixdə "30 dekabr"

 

1906 - İran hökmdarı Müzəfərəddin şah Konstitusiyanın qüvvəyə minməsi barədə fərman verib və İran konstitusiyalı monarxiyaya çevrilib. Şah ölkədə inqilab dalğasını səngitmək üçün Konstitusiyanın qəbuluna razılıq vermişdi. Bu, Səttarxanın başçılıq etdiyi İran inqilabının (1905-1911) ilk mühüm uğuru idi.

Tarixdə "30 dekabr"

 

1911 - Sun Yat Sen Çin Respublikasının ilk prezidenti seçilib.

Tarixdə "30 dekabr"

 

1922 - Moskvada I Ümumittifaq Sovetlər qurultayında RSFSR, Ukrayna SSR, Belorusiya SSR və üç Cənubi Qafqaz respublikasının birləşdiyi ZSFSR-in təsisçiliyi ilə ittifaq dövləti – SSRİ yaradılıb. Qurultayda SSRİ-nin ilk ali idarəetmə orqanı - 18 nəfər lik Mərkəzi İcraiyyə Komitəsi (sədr M.Kalinin) seçilib. "Zaqfederasiya"dan SSRİ rəhbərliyinə Nəriman Nərimanov seçilib.

Tarixdə "30 dekabr"
 

 

1989 - Gəncə şəhərinin tarixi adı bərpa edilib. 1918-ci ildə Xalq Cümhuriyyətinin hökuməti Yelizavetpol adını ləğv edərək şəhərin adını özünə qaytarsa da, sovetləşmədən sonra Gəncə Kirovabad adlandırılmışdı.

Tarixdə "30 dekabr"
 

 

2006 - İraqda keçmiş prezidenti   Səddam Hüseyn səhər saat 5 radələrində asılaraq edam edilib.

Tarixdə "30 dekabr"

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 12 dekabr 2014 18:46
    Tesekkur. wink Admin,nye menim seklim deyisib? angry Menim ozumun bu sekilden xeberim yoxdur belay
    Menim seklim basqa cur idi

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.