Tarixdə "22 dekabr"

22 dekabr

1829 - ilk sərnişin dəmir yol xətti Baltimor-Ohayo fəaliyyətə açılıb

Tarixdə "22 dekabr"

 

 

1895 - Lümyer qardaşları ilk filmi nümayiş etdiriblər

Tarixdə "22 dekabr"


 

 

1919 - Xalq Cümhuriyyətinin sonuncu, beşinci hökumət kabineti parlamentdə təsdiqlənib. 12 nəfərlik Nazirlər Şurasına Nəsib bəy Yusifbəyli başçılıq edirdi.

Tarixdə "22 dekabr"

1941 – Hitler Qafqaz müsəlmanlarından ibarət xüsusi milli hərbi hissələr yaradılması haqqında sərancam vermişdir

  

Tarixdə "22 dekabr"

 

 

1942 - Görkəmli hərbi xadim Həzi Aslanova birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib. 55-ci tank briqadasının komandiri polkovnik H.Aslanov bu ada Stalinqrad döyüşlərində göstərdiyi igidliyə görə layiq görülmüşdü. 1944-cü ildə general-mayor H.Aslanov ikinci dəfə yüksək ada təqdim edilsə də, tarixi ədalət uzun illər sonra, 1991-ci ildə öz yerini tapdı.

Tarixdə "22 dekabr"

 

 

1989 - 24 illik hakimiyyətdən sonra Rumıniya Kommunist partiyasının rəhbəri Nikolae Çauşesku devrilib. Arvadı ilə birgə qaçmaq istəyən Çauşesku yaxalanıb

Tarixdə "22 dekabr"

 

 

1992 - Ali Sovetin Milli Şurası "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanun qəbul edib. Qızğın mübahisələr sonrası, 50 deputatdan 34-nün səsi ilə qəbul edilən qanunda dövlət dilinin "türk dili" kimi təsbitlənməsi dilçi alimlər arasında və ümumən cəmiyyətdə ziddiyyət doğurmuş, siyasi spekulyasiya predmetinə

çevrilmişdi. 1995-ci ildə qəbul edilən Konstitusiyada bu problem aradan qaldırıldı, Azərbaycan dili dövlət dili olaraq təsbitləndi.

Tarixdə "22 dekabr"

 

 

1993 - Ermənistanın işğalçı qüvvələrinin hücümlarını dəf edən Azərbaycan Milli Ordusunun hissələri Fizüli rayonunun Arazboyu yaşayış məntəqələri istiqamətində əks-hücuma keçiblər. Uğurlu əməliyyat nəticəsində rayonun bir sıra kəndləri və Horadiz qəsəbəsi işğaldan azad edildi.

Tarixdə "22 dekabr"

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.