Tarixdə "21 dekabr"

21 dekabr 

1923 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (1923-1997) Astarada anadan olub. II Dünya müharibəsində Berlinədək döyüş yolu keçən Z.Bünyadov elmdə də şərəfli ömür yaşayıb. 1973-cü ildə Azərbaycan EA-nın akademiki, 1990-cı ildə vitse-prezidenti seçilib. Uzun illər EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. YAP-ın sədr müavini olub, 1995-ci il partiyanın proporsional siyahısı üzrə (1-ci) Milli Məclisin deputatı seçilib. 1997-ci il fevralında terror aktı nəticəsində qətlə yetirilib.

Tarixdə "21 dekabr"

 

 

1927 - Tanınmış heykəltəraş, ictimai xadim Ömər Eldarov anadan olub. Azərbaycanın bir çox görkəmli şəxsiyyətlərinin heykəllərinin müəllifidir. Rəssamlıq Akademiyasına rəhbərlik edir, Milli Məclisin deputatı (1995-2000) olub.

Tarixdə "21 dekabr"

 

 

1958 - Şarl de Qoll Fransada Beşinci Respublikanın ilk prezidenti seçilmişdir

Tarixdə "21 dekabr"

 

 

1979 - Sovet İttifaqı Əfqanıstanı işğal etdi.

Tarixdə "21 dekabr"

 

 

1991 - Qırğızıstan Respublikası Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. 

Tarixdə "21 dekabr"

 

 

 1991 - Rusiya, Belarusiya, Ukrayna, Qazaxıstan, Moldova, Azərbaycan, Ermənistan, Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstan rəhbərləri, bir araya gələrək Sovet İttifaqına son qoyulduğunu və Müstəqil Dövlətlər Birliyinin (MDB) (Commonwealth of Independent States) yaradıldığını açıqladılar.

Tarixdə "21 dekabr"

 

 

1999 - Yeni Azərbaycan Partiyasının I qurultayında millət vəkili, ARDNŞ-nin 1-ci vitse-prezidenti İlham Əliyev YAP sədrinin müavini seçilib. 2001-ci ilin noyabrında partiyanın növbəti qurultayında İlham Əliyev YAP sədrinin 1-ci müavini seçildi. 2005-ci ildən partiyanın sədridir.

Tarixdə "21 dekabr"

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 21 dekabr 2011 12:11
    COX SAGOLUN GOZEL MELUMATLARDIR

  2. 14 oktyabr 2013 20:17
    cooooooooooooooooooooooox sagolun twk

    --------------------

  3. 22 noyabr 2013 14:38
    heqiqeten coxlu gunler var!
    indide 21 dekabr heresinde bir 
    tarixi gun var.bu xebere gore
    adminstratora tesekuler
    muelim bu haqda meruze yazmaga vermisdi

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.